Milli Məclisdə iclas keçirilib
Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin payız sessiyasında bu gün ilk iclası olub.
APA-nın məlumatına görə, iclasda komitə sədri Arif Rəhimzadə komitənin ötən sessiyasında fəaliyyəti və bu sessiya qarşıda duran məsələlər barədə məlumat verərək fəaliyyətlərini qənaətbəxş hesab edib. Daha sonra iclasda “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanuna dəyişiklik müzakirə edilib. Sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında”, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, “Torpaq bazarı haqqında” qanun layihələrinə dəyişiklik müzakirə edilib.
Dəyişikliyə əsasən, qanunlarda “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözləri “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz edilir. Layihələr plenar iclasa tövsiyə olunub.
1182 dəfə oxundu