Azərbaycanda 29 QİÇS-li uşaq doğulub - ŞOK

Azərbaycanda 29 QİÇS-li uşaq doğulub - ŞOK


“Azərbaycanda bu günə kimi QİÇS daşıyıcısı olan analardan 292 uşaq dünyaya gəlib. Ötən il isə QİÇS-li analar tərəfindən 38 sağlam uşaq, hamiləlik dövründə QİÇS-ə görə müalicə almayan analardan isə 29 QİÇS-li uşaq dünyaya gəlib”

Bu barədə AzVision.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov məlumat verib. O, bildirib ki, 2014-cü ildə hamilələr arasında 219 min 314 müayinə həyata keçirilib və müayinə zamanı 56 QİÇS-lə yoluxmuş yeni hamilələr aşkarlanıb. “2006-ci ildən etibarən ölkədə QİÇS-li xəstələrə müəyyən terapiyalar tətbiq olunur. Bu terapiyanın tərkib hissəsi də anadan uşağa ötürülmənin profilaktikasıdır. Bu xəstəliyə yoluxmuş hamilə qadınlar yalnız hamiləlik dövründə bu preparatları qəbul ediblər. Bunun nəticəsində dünyaya sağlam uşaq gətiriblər və dərman qəbulunu dayandırıblar. Daha sonra terapiyanın metodu dəyişdi.

Belə ki, ana hamiləlik dövründə qəbul etdiyi preparatları doğuşdan sonra da atmağa davam etməlidir. Çünki dərmanı qəbul edib, sonra kəsmək xəstəliyin inkişafını daha da artıra ilər. Uşaq doğulduqdan sonra körpəyə müəyyən miqdarda dərmanlar verilir. QİÇS-li ananın diqqət etməli olduğu məsələlərdən də biri yoluxmanın qarşısını almaq üçün doğuşun keysəriyyə kəsiyi ilə həyata keçirilməsidir.

Çünki doğuş yollarında ananın bioloji mayeləri uşağın həzm traktatına düşə bilər və uşağı da yoluxdura bilər. Daha sonrakı vacib məqam isə uşaq dünyaya gələndən sonra ana südü ilə qidalanmamalıdır. Səhiyyə Nazirliyi bunu da nəzərə alıb. QİÇS-li ananın sağlam dünyaya gətirdiyi uşağın qidalanması üçün dövlət onları 1 yaşına kimi süni qidalarla təmin edir”.
Şöbə müdirinin sözlərinə görə, 2014-cü ildə 56 QİÇS-ə yoluxmuş yeni hamilə aşkarlanıb. Həmin qadınların hamısı həkim nəzarətindədirlər.

N.Zülfüqarov vurğulayıb ki, onların bir neçəsi artıq dünyaya uşaq gətirib: “2014-cü ildə QİÇS-ə yoluxmuş ana tərəfindən 38 sağlam uşaq dünyaya gətirilib. Onlardan heç birində bu xəstəlik aşkar edilməyib.
Düzdür, həmin uşaqların hamısı nəzarətdədir. Ümumilikdə dərman almayan QİÇS-li analardan 29 uşaq dünyaya gəlib ki, onların hamısı bu virusun daşıyıcısıdır. Anadan uşağa ötürülmə profilaktikasını alan 91 uşadan heç birində yoluxma halı baş verməyib”.

Mərkəz rəsmisinin sözlərinə görə, bir neçə il bundan öncə bir ailənin iki övladı QİÇS-dən dünyasını dəyişdib:
“Praktikamdan deyə bilərəm ki, 2012-ci ildə Yevlaxda belə bir hadisə olub. Valideynlər iki uşağın QİÇS-ə yoluxmasından xəbərsiz olublar. Bir uşağın 2 yaşı, ikinci uşaq isə 6 aylıq olub. Daha sonra Mingəçevir şəhərində müayinədən keçirdikdən sonra uşaqların hər ikisində QİÇS virusu aşkarlanıb. Müayinə və müalicəyə gecikdikləri üçün hər iki uşaq dünyasını dəyişdi”.
18 yaşına kimi uşaqlar arasında 104 nəfərdə QİÇS-ə yoluxma halı aşkarlandığını deyən N.Zülfüqarovun sözlərinə görə, virus əsasən anadan uşağa keçir.

“Ümumdünya Səhiyyə Təşkilatı, UNAİDS açıqlayıb ki, ümumiyyətlə 17 yaşına kimi yoluxma halı aşkar olunursa, anadan uşağa yoluxma kimi göstərilməlidir. Bundan başqa onu da deyim ki, Azərbaycanda seks biznes və ya narkomaniya o qədər cavanlaşmayıb ki, fərqli yollarla virusa yoluxma halı baş versin. Odur ki, 18 yaşa kimi uşaqlarda yoluxma ana vasitəsilə uşağa ötürülür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...