“Azərsu” ASC-də Ekologiya idarəsi yaradıldı
“Azərsu” ASC-nin nəzdində Ekologiya idarəsi yaradılıb. Oxu.Az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, bu barədə baş nazir Artur Rasizadə qərar verib. Bundan başqa, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi yenidən təşkil edilərək, “Azərsu”-nun tərkibinə daxil ediləcək. Dəyişikliyə əsasən, qoşulma zamanı “Azərsu” ASC-nin nizamnamə kapitalı, payların miqdarı və dəyəri dəyişmədən mövcud səviyyədə saxlanılıb.
“Azərsu” ASC-nin “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən ediliblər. Nazirlər Kabinetinin qərarına əsasən, Oğuz-Qəbələ-Bakı Su kanalı, Kür Su kanalı, Ceyranbatan Su su kanalı, H.Z.Tağıyev adına Su kanallarının adları dəyişdirilərək Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi, Kür Su Təchizatı İdarəsi, Ceyranbatan Su Təchizatı İdarəsi, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi adlandırılıb. Qeyd edək ki, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” ASC-yə bu qərardan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.
2013 dəfə oxundu