İki naxçıvanlı qardaş tutuldu

İki naxçıvanlı qardaş tutuldu


Bakıda bıçaqlanma hadisəsinə görə Naxçıvan şəhərinin 2 sakini tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, avqustun 31-də gecə saatlarında Xətai rayounu Məhəmməd Hadi küçəsində Bakı şəhər sakini Məhəmməd Səfərova bıçaqla ağır bədən xəsarəti yetirilib.

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakinləri – 1997-ci il təvəllüdlü Toğrul Talıbov və qardaşı 1999-cu il təvəllüdlü Fəxrəddin Talıbov tutulublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...