İcra başçısı ermənilərin gülləbaran etdiyi kəndə getdi FOTOLAR

İcra başçısı ermənilərin gülləbaran etdiyi kəndə getdi


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanları, müdafiə və fövqaladə hallar nazirliyinin nümayəndələri ilə birlikdə təmas xəttində yerləşən, mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalan Qapanlı kəndində olmuş, sakinlərlə səyyar qəbul-görüş keçirmiş, onları narahat edən problemlərlə maraqlanmışdır. Qəbulda kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərləri isə icra olunması üçün rayon rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.
İcra başçısı ermənilərin gülləbaran etdiyi kəndə getdi

Vertikal.az xəbər kəndin sosial problemləri həll olunmuş, qaz, su, işıq, telefon çəkilmiş, yolu təmir olunmuş, müasir gecə işıqlandırılması sistemi quraşdırılmışdır. Hazırda kənddə müasir tələblərə cavab verən tibb məntəqəsi tikilir. Kənd təmas xəttinə yaxın yerləşdiyi üçün ona rayon mərkəzi xəstəxanası tərəfindən təcili tibbi yardım maşını və həkim birqadası ayrılmışdır.
İcra başçısı ermənilərin gülləbaran etdiyi kəndə getdi

Səyyar qəbul-görüşdən sonra rayon rəhbəri sentyabrın 1-də ermənilər tərəfindən Qapanlı kəndində toy mağarının atəşə tutulması nəticəsində yaralanan sakinlər Mədinə Əhmədovaya, azyaşlı Zəhra Əlizadəyə və hazırda Bərdə şəhər Diaqnostika Mərkəzində ağır əməliyyatdan sonra müalicə alan Müşkünaz Əliyevaya baş çəkmişdir. O, yaralıların vəziyyəti ilə maraqlanmış, həkimlərlə söhbət etmişdir. Rayon rəhbəri bildirmişdir ki, ölkə rəhbəri tərəfindən cəbhə bölgəsində yerləşən Tərtər rayonuna xüsusi diqqət və qayğı göstərilir. Ordu və xalq birliyi möhkəmdir. Qapanlı kəndinin sakinləri hər biri qəhrəmandır. Kənd mütəmadi sürətdə ataşə tutulmasına baxmayaraq indiyədək sakinlər düşmənə bir qarış da torpaq verməyiblər. Kənddə həyat öz axarı ilə davam edir. Sonra rayon icra hakimiyyətinin başçısı M.Məmmədov yaralılara şəfa diləyərək onların ehtiyacları ilə maraqlanmışdır. Yaralılar respublika Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...