TQDK boş qalan yerlərə qəbul elan etdi

TQDK boş qalan yerlərə qəbul elan etdi


Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul aparılacaq. TQDK-dan Axar.az-a verilən məlumatda bildirilir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 3 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq.

Müsabiqə cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə 2015-ci il iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır. İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2015-ci ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1082 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...