“Habil Əliyevin vəziyyəti stabildir, az da olsa irəliləyiş var”

“Habil Əliyevin vəziyyəti stabildir, az da olsa irəliləyiş var”


“Hazırda Habil Əliyevin yanındayam. Vəziyyəti stabildir, az da olsa irəliləyiş var”. Bunu APA-ya Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimov deyib.


O, bildirib ki, H. Əliyevin səhhətinin tam düzəlməsi üçün bir-iki gün vaxt lazımdır: “Hazırda müsbət dinamika mövcuddur. Sadəcə, Habil Əliyevin xəstəliyi çoxdur. Həm ağ ciyərində, həm beynində problemlər var. Ancaq huşu yerindədir. İndicə qızlarını görüb tanıdı, kövrəldi...”

V. Abdulkərimov qeyd edib ki, xalq artisti hazırda süni nəfəs aparatına qoşulub: “Ancaq nəfəsinin 60-70 faizini özü alır. Qalanını isə süni nəfəs aparatı ilə alır. Aparat ona dəstək olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...