Neft ucuzlaşmaqda davam edir

Neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,07 dollar ucuzlaşaraq 43,59 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 1,52 dollar azalaraq 48,25 dollar olub.

Virtualaz.org Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar idarəsinə istinadən bildirir ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,06 dollar ucuzlaşaraq 50,26 dollar təşkil edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...