“Dağlıq Qarabağda İran şirkəti fəaliyyət göstərmir” - Möhsün Pak Ayin

“Dağlıq Qarabağda İran şirkəti fəaliyyət göstərmir”

İşğal altında olan Azərbaycan torpaqlarında İran şirkətləri fəaliyyət göstərmir. Bu barədə APA-ya müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin bildirib. “İranın heç bir şirkəti Dağlıq Qarabağda fəaliyyət göstərmir. Biz dəfələrlə həm Azərbaycanın KİV nümayəndələrinə, həm rəsmi şəxslərinə demişik ki, İran şirkətlərinin Dağlıq Qarabağda fəaliyyət göstərməsi barədə faktları varsa, bizə müraciət edə bilərlər. Biz isə dərhal məsələni araşdıracağıq”, - deyə diplomat qeyd edib.

Səfir əlavə edib ki, indiyədək bununla bağlı İran tərəfinə heç bir müraciət daxil olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...