Oqtay Əsədov niyə yanan binadakı seçiciləri ilə maraqlanmadı?

Oqtay Əsədov niyə yanan binadakı seçiciləri ilə maraqlanmadı?

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanda yerləşən çoxmərtəbəli binada baş verən faciəli yanğın hadisəsi diqqəti məmurlara yönəldib.

Yanğından 4 gün ötsə də, hələ də Milli Məclisin sədri Oqtay Əsədovun hadisə yerinə baş çəkməməsi və sakinlərlə görüşməməsi maraqlıdır. Halbuki, hadisə onun seçildiyi 8 saylı Binəqədi Dairə Seçki Komissiyasının ərazisində baş verib.

Bu və ya digər məsələlərlə bağlı ötən seçkidə spiker Oqtay Əsədovun rəqibi olmuş AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Mia.az-a açıqlama verib: "Bu seçki dairəsindən isə son parlament seçkilərində hazırda Milli Məclisin sədri olan Oqtay Əsədova deputat mandatı verilib. Amma faciədən artıq 4 gün ötməsinə baxmayaraq, cənab Oqtay Əsədov bir dəfə də seçicilərinin yanında olmayıb, onlarla görüşüb, dərdlərinə, hüznlərinə şərik çıxmayıb. Bu, çox böyük sayğısızlıqdır. Hardadır Oqtay Əsədov? Niyə görünmür? Binəqədi royundan mandat alan 4 deputatdan heç biri bu ağır gündə xalqın yanında olmadı. Nə Madər Musayev (10 saylı DSK ), nə Rəafel Cəbrayılov (9 saylı DSK), nə də Mixail Zabelin (12 saylı DSK) hadisə yerində görünmədi. Bu, bir daha göstərir ki, onların heç birinə bu xalq mandat verməyib və millətin vəkilləri deyillər!".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...