“Biz gənclər dövlətin bizlərə olan etimadı doğrultmalıyıq”
Bu fikirləri “İrəli” İctimai Birliyinin Mirhəsən Seyidov AR Prezidentinin köməkçisi Əli Həsənovun fikirlərini şərh edərkən qeyd edib. Əli Həsənovun “Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər” fikrinə münasibət bildirən M. Seyidov deyib ki, bugünkü müasir dövrün tələbləri gənclər qarşısında daha böyük imkanlar, daha böyük şərait yaradır ki, gənclər Azərbaycan adına istənilən platformada təmsil oluna bilsinlər: “İstər yerli istərsə də beynəlxalq aləmdə bugün gənclərin uğurları hər gün daha da artır. Məhz bu, Azərbaycan dövlətinin və cənab prezidentin gənclərə olan diqqətindən irəli gəlir. Heç təsadüfi deyil ki, Avropa Oyunları eyni zamanda Azərbaycan gənclərinə beynəlxalq səviyyədə ilk dəfə keçiriləcək oyunların iştirakçısına çevrilmək imkanı yaradacaq. Məhz bu səbəbdən gənclər, bu gün Azərbaycana qarşı atılan böhtanlara, istifadə olunan qeyri ciddi fikirlərə birbaşa Azərbaycan adını qorumaq üçün istənilən platformada yer alırlar. Bunlarda isə ən vacibi sosial şəbəkələrdir ki, informasiya müharibəsi zamanı Azərbaycan gəncliyi bu kim şəbəkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru çatdırılması üçün gecə gündüz çalışırlar. Müxtəlif aksiyalarda iştirak edirlər. Gənclərin təşəbbüskarlığının, dinamikliyinin, çevik addımlarının və sərbəst fikirlərinin azadlığı olan sosial şəbəkələrdə eyni zamada Azərbaycana qarşı səsləndirilmiş fikirlərə düzgün arqumentləşdirmək bacarığı aşılanır. Bu da gənclərin öz təşəbbüslərindən irəli gəlir.
Təbii ki, Əli müəllim tərəfindən vurğulanmış vətəndaşlıq mövqeyi artıq vətəndaş cəmiyyəti institutları üçün prioritet sahəyə çevrilib. Vətəndaşlıq mövqeyinin qorunmasında, hər bir gənc tutduğu mövqeyi və siyasi baxışlarından asılı olmayaraq Azərbaycan adına atılan addımlarda öz adını qorumuş kimi hiss etməlidir bunu. Bundan irəli gələrək, bizim təşkilatda öz strateji hədəflərinin ən vacib hissəsində Azərbaycançılıq idealogiyasının qorunmasını önə çəkir.
Yaxın zamanda keçiriləcək, xalqımız üçün xüsusi ilə gənclər üçün bayram əhval ruhiyyəsi yaratmış Avropa Oyunları Azərbaycan adına ilkləri yazacağı bizləri ancaq sevindirə bilər. Çünki biz bu bayramda belə öz həqiqətlərimizdən danışacağıq”.
1494 dəfə oxundu