Mədəniyyət nazirinin sabiq müavini Ali Məhkəmədən bəraət istəyir

Mədəniyyət nazirinin sabiq müavini Ali Məhkəmədən bəraət istəyir
Mədəniyyət nazirinin həbsdə olan sabiq müavini Rafiq Bayramov kassasiya şikayəti verib.

APA xəbərə verir ki, Rafiq Bayramov şikayət ərizəsində verilmiş ittihamlarla təqsirsiz olduğunu qeyd edərək barəsində bəraət qərarı çıxarılmasını xahiş edib.

Şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, mədəniyyət nazirinin müavini Rafiq Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...