Yaponiya da öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Yaponiya da öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Yaponiya öz vətəndaşlarını qeyri-müəyyən vəziyyətə görə Ukraynanı tərk etməyə çağırıb. Bu barədə jurnalistlərə Fumio Kisida bildirib.

“Biz proqnozlaşdırıla bilməyən vəziyyətə görə Yaponiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırıq. Gələcəkdə hadisələrin inkişafına uyğun qərar veriləcək”, - deyə hökumət başçısı bildirib.

Kisida eyni zamanda hökumətin Ukrayna ətrafındakı vəziyyətlə bağlı Böyük yeddilik ölkələri ilə sıx təmasda olduğunu bildirib. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...