“İcra Hakimiyyəti parklanma üçün yer ayırır, lakin BNA orada da cərimə yazır”

“İcra Hakimiyyəti parklanma üçün yer ayırır, lakin BNA orada da cərimə yazır”

Prezidentin Azərbaycanda 3 ay müddətində taksi xidmətinin təşkili ilə bağlı yeni normativ aktların qəbul ediləcəyi ilə bağlı fərmanından sonra bu məsələ ilə bağlı müxtəlif fikirlər, iddialar irəli sürülməkdədir.

Nəqliyyat ekspertlərinin də bir qismi vahid qiymət tarifinin tətbiq ediləcəyini, qiymətlərin qalxacağını iddia etdiyi halda, digər bir qisim eskpertlər isə bu qərarların sadəcə, müəyyən problemli məsələlərə şəffaflıq gətirilməsi üçün verildiyini bildirirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dünənki qərardan sonra insanlarda nigaranlıq yaranıb və hər kəs taksi şirkətlərinin bağlanmasından, qiymətlərinin qalxacağından narahatdır. Əslində isə bu qiymət artımı deyil.

Aslan Əsədov Aslan Əsədov
“Burada bir tənzimləmə metodu seçilib və bu səbəbdən də dövlət buna getməyə məcbur oldu. Qiymət artımı ilə bağlı məsələ olsaydı, dövlət bunu bir neçə il əvvəl həyata keçirərdi. Sadəcə, burada taksilərin dayanma-durmaları, yer problemləri ilə bağlı hökumət belə bir addım atmağa məcbur oldu və Bakı Nəqliyyat Agentliyi Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyinə verildi”.

Ekspertin sözlərinə görə, əslində bir müstəqil şəhərin iki qurumu ola bilməzdi. Belə sistemlər ümumiyyətlə böyük, inkişaf etmiş şəhərlərdə düz mərkəzdən idarə olunur.

“Uzun illərdir ki, BŞİH ərazini təhkim edir, parklanma üçün yer ayırır, lakin BNA işçisi gəlib həmin yerdə saxlanılan maşınları cərimələyir. Bu isə dayanma-durma və taksilərlə bağlı müəyyən problemlər yaradırdı. Bu səbəbdən də hökümət buna getdi və birbaşa Prezident səviyyəsində fərman imzalandı, məsələ birbaşa nəzarətə götürüldü”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...