Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv edildi

Türkiyəli keçmiş üzgüçü Dərya Büyükuncunun milli idmançı lisenziyası ləğv ediləcək.
Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv edildi


“Qafqazinfo” xəbər verir ki, buna səbəb idmançının koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan haqqında təhqir dolu paylaşım etməsidir.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sabiq üzgüçünün cəzalandırılmasına lisenziyanın ləğvi ilə başlanıldığını bildirib.

İstanbul Baş Prokurorluğu Dərya Büyükuncu haqqında saxlanılma qərarı çıxarıb.

Qeyd edək ki, Dərya Büyükuncu dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. O, 4 dəfə FİNA Dünya Kubokunun qalibi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...