“Guardian” Cavanşir Feyziyevlə bağlı xəbərə düzəliş etdi

  “Guardian” Cavanşir Feyziyevlə bağlı xəbərə düzəliş etdi
“The Guardian” deputat Cavanşir Feyziyevlə bağlı xəbərinə düzəliş edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə saytın düzəlişlər və dəqiqləşdirmələr bölməsində məlumat yerləşdirilib.

Belə ki, “The Guardian” fevralın 1-də London məhkəməsinin qərarını şərh edərkən səhvən “C. Feyziyevin ailə üzvləri tərəfindən təqdim olunan sənədlərin saxta olduğunu” bildirib.

Vəkillərin müraciətindən sonra “The Guardian” qəzeti öz saytında təkzib verib və səhvi düzəldib.

Nəşrin yaydığı düzəliş mətnində deyilir:

“Məqaləyə 1 fevral tarixində düzəlişlər edilib. Belə ki, bu məqalənin ilkin variantında səhvə yol verilmiş və bildirilmişdi ki, “...məhkəmə araşdırmaları zamanı Cavanşir Feyziyevin ailə üzvləri tərəfindən saxta sənədlər təqdim edilib...”. Bununla bağlı bildirmək istəyirik ki, məhkəmə gedişatında hər hansı saxta sənədin təqdim olunması barədə nə hakim, nə də Milli Kriminal Agentliy tərəfindən heç bir iddia irəli sürülməyib”.

Qeyd edək ki, İngiltərənin Milli Kriminal Agentliyi yanvarın 31-də Azərbaycanlı deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt-sterlinq hesaba həbs qoyulduğu barədə məlumat yayıb. Deputat isə özü müsahibəsində bildirib ki, hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...