Küləyin təsirindən Azərbaycan ərazisinə düşən bayraq İrana qaytarılıb - FOTO

Küləyin təsirindən Azərbaycan ərazisinə düşən bayraq İrana qaytarılıb -
Fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan Respublikasının ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlanıb.

DSX-dan APA-ya verilən məlumata görə, İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətiriib, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb.

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...