Azərbaycanda “Starbucks”u məhkəməyə verdilər - SƏBƏB
Azərbaycanda bir sıra məşhur restoran və kafelər barəsində məhkəmə iddiası qaldırılıb. Yeniavaz.com-un əldə etdiyi məlumata görə, bütün dünyada məşhur olan qəhvə evinin - “Starbucks Coffee”nin Azərbaycandakı təmsilçisi "Alshaya Azərbaycan” MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən məhkəmə iddiası qaldırılıb.
Məhkəmə iclası 10 fevral 2022-ci il tarixinə təyin olunub. İşə Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik məlumatların verilməsi qaydalarının pozulmasından bəhs edir.
Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin tələblərini pozması iddiası ilə “Azərbaycan Restaurants” MMC-yə qarşı da məhkəmə baxışı keçiriləcək. Məhkəmə baxışı 11 fevral 2022-ci il tarixində Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyilə keçiriləcək.
Qeyd edək ki, Bakının ən məşhur restoranlar şəbəkəsi hesab olunan "Saffron" Restoranlar Qrupu “Azərbaycan Restaurants” MMC-yə bağlıdır. Restoranlar şəbəkəsinə “Çinar”, “Sahil”, “Movida”, “Hard Rock Cafe”, “Laduree” kimi məşhur 19 restoran daxildir.
1003 dəfə oxundu