“Vüsal Kərimli də müzakirələrə dəvət olunsun” - SPİKER

“Vüsal Kərimli də müzakirələrə dəvət olunsun” -
“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsinə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli dəvət olunub.


Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova sözügedən layihənin müzakirəsi zamanı təklif səsləndirib.
Spiker bildirib ki, layihənin ikinci oxunuşunda qanunla bağlı çıxış etmək istəyən deputatlar və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirələrə dəvət olunsun:

“Komitə sədri Əli Hüseynli həmin iclasda sualları olan deputatların və Vüsal Kərimlinin iştirakını təmin etsin. Onları maraqlandıran suallar cavablandırsın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...