Şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır

Şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır

“Növbəti tədris ili başlanana kimi yeni nümunəvi qaydaların təqdimatı olacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

“Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb.

Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq”, - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...