İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu dedi, tutuldu

İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu dedi, tutuldu
Səbail Rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutulub.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 27-si saat 16 radələrində naməlum şəxs FHN-nin 112 xidmətinə zəng edərək adıçəkilən İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Q olduğu məlum olub. Həmin şəxs saxlanılıb və onun ruhi xəstə olduğu müəyyən edilib. O, psixiatriya xəstəxanasına yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...