Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edəcək

Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edəcək
Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

"Report"un əldə etdiyi məlumata görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilərlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...