Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb

Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gundeminfo.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Göyşaban kənd sakinləri S.Mirzəyev və S.Ağayev saxlanılıblar. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri aşkarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də müvafiq araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...