“Sərnişinlər Şuşada müəyyən olunmuş marşrutla hərəkət edəcək”
Bu gün saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb.
APA-nın xəbərinə görə, sərnişinləri Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa rayon Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov qarşılayıb.
Aydın Kərimov deyib ki, artıq bu səfərlər mütəmadi xarakter alacaq.
Onun sözlərinə görə, vətəndaşlar digər bölgələrə olduğu kimi, Şuşaya da səfər edə biləcək, Şuşada bərpa-quruculuq işlərinin aparılmasına şahid olacaqlar: “Dövlət başçısının nəzarətində olan bu işlər çox yüksək templə gedir. Şuşanın dirçəlməsi hamımızın ümdə vəzifəsidir. Bu sahədə fəaliyyət göstərən bütün qurumlar, təşkilatlar, şirkətlər var gücü ilə çalışacaq ki, proseslər ən tez zamanda başa çatsın. Bura gələn vətəndaşlar Şuşada müəyyən olunmuş marşrutla hərəkət edəcəklər, bununla bağlı həm Şuşa Qoruğunun əməkdaşları, həm də polis əməkdaşları kömək edəcəklər. Bugünkü səfərə gələnlər içərisində şuşalılar da var. Bu, Böyük Qayıdışın bir rəmzidir. Buna görə ölkə rəhbərliyinə bir daha təşəkkür edirik. Səfərə gələn şuşalılar əgər hər hansı xüsusi bir yerə səfər etmək istəsələr, doğma evlərinə, yaxud digər məkanlara baxmaq üçün Qoruq və polis əməkdaşlarına müraciət edə bilərlər”.
S. Məhərrəmov isə səfər iştirakçılarını təhlükəsizlik məsələləri ilə diqqətlə olmağa çağırıb: “Vətəndaşlar hər hansı bir sual olduqda, onları müşayiət edən polis əməkdaşlarına müraciət edə bilərlər. Digər mühüm məsələ odur ki, şəhərdə mühüm obyektlər, postlar var. Həmin postlarda Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları xidmət aparırlar. Həmin yerlərdə video-foto çəkiliş olmaz. Cıdır düzündə yüksək qayalıqlardan ibarət yer var, orada təhlükəsizlik tədbirləri görmüşük, amma yenə də orada xəbərdarlıq olunan yerə qədər getmək xahiş olunur”.
477 dəfə oxundu