Ermənistanın keçmiş müdafiə naziri azadlığa buraxılmayacaq

Ermənistanın keçmiş müdafiə naziri azadlığa buraxılmayacaq

Bu gün İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi hakim Manvel Şahverdyanın sədrliyi ilə Ermənistan Respublikasının keçmiş müdafiə naziri David Tonoyan, Baş Qərargah rəisinin keçmiş müavini, silah təchizatı ilə məşğul olan iş adamı Stepan Qalstyanın işinə baxıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Hərbi Aviasiyanın “Patron David” ləqəbli keçmiş rəhbəri Avetik Muradyanın, Aviasiya Silahlarının rəhbəri Artyom Hambaryanın barəsində həbs qətimkan tədbiri seçilib.

Lakin deputatlar Davit Tonoyanın şəxsi girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıblar. Sabiq nazirə “Mülki müqavilə” fraksiyasının deputatları Kristin Poqosyan, Vilen Qabrielyan və “Respublika” partiyasının lideri Aram Sarkisyan zəmanət verib.

Həbs edilən keçmiş yüksək rütbəli məmurlar barəsində vəkillər həmçinin həbs qətimkan tədbirinin, o cümlədən zaminə buraxılmasında vasitəçilik ediblər. Girovun məbləği məhkəmənin ixtiyarına verilib.

Qeyd edək ki, sabiq yüksək rütbəli məmurlar orduya 4 milyon dollar dəyərində yararsız raketlər almaqda ittiham olunurlar. Bildirilir ki, sözügedən döyüş sursatı əvvəllər alınmış eyni miqdarda döyüş sursatından təxminən iki dəfə baha qiymətə alınıb.

David Tonoyan külli miqdarda mənimsəmədə ittiham olunur. Onun məhkəmə işi davam edir. "Hraparak" nəşrinin məlumatına görə, İrəvan məhkəməsi keçmiş müdafiə nazirinin işini uzatmaqla onun həbsdə qalmasını istəyir. Bununla da, Tonoyanın azadlığa çıxması qeyri-mümkündür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...