18 yaşdan aşağı şəxslər işğaldan azad edilmiş ərazilərə buraxılmayacaq

18 yaşdan aşağı şəxslər işğaldan azad edilmiş ərazilərə buraxılmayacaq
İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. 18 yaşdan aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir.

Reyting.az xəbər verir ki, bunu “Trend”ə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, hər bir sərnişin fərdi qəza sığortası ilə təmin edilir.

“Avtobus reysinə bilet almış sərnişin müvafiq olaraq sığortalanmış sərnişin hesab edilir”, - deyə o bildirib.

Nazirin müşaviri deyib ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarının 6-cı bəndində bilet satışının təşkili, gedişhaqqının ödənilməsi qaydası şərtləri müəyyən edilib.

“Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədini təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 faizini əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 faizini çıxmaqla ödənilmiş məbləği geri ala bilər”, - o deyib.

R. Bayramov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm marşrut xətləri şəhərlərarası sərnişindaşımaya aid olduğundan qeyd edilən qaydalar şamil edilir.

Qeyd edək ki, azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə biletləri YolumuzQarabaga.az portalı vasitəsilə yalnız onlayn rejimdə almaq olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...