Pele xəstəxanadan evə buraxılıb

Pele xəstəxanadan evə buraxılıb
Futbol üzrə üçqat dünya çempionu Pele kimya terapiyası keçdikdən sonra xəstəxanadan evə buraxılıb.

"Report"un məlumatına görə, xəstəxanadan verilən açıqlamada 82 yaşlı keçmiş hücumçunun vəziyyətinin sabit olduğu bildirilib.

Daha əvvəl ESPN telekanalı Pelenin San Paulu klinikasında bir neçə gün ərzində kimya terapiyası ilə yanaşı, yaranma ehtimalı olan yeni toxumaların üzə çıxarılması üçün müayinələrin aparıldığını xəbər verib. Onun bağırsaqlarında və qara ciyərində şişlər, ağ ciyərində isə şişin başlanğıc mərhələdə olduğu aşkarlanıb.

2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...