Əli Əsədov Qazaxıstanın yeni Baş naziri ilə telefonla danışdı

  Əli Əsədov Qazaxıstanın yeni Baş naziri ilə telefonla danışdı
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.

Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...