"Roskosmos” qazax nazirin “Baykonur”a girməsinə icazə vermədi

  "Roskosmos” qazax nazirin “Baykonur”a girməsinə icazə vermədi
Rusiya Federal Kosmik Agentliyi “Roskosmos”un rəhbəri Dmitri Roqozin Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarovun “Baykonur” kosmodromuna getməyinə icazə verilmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Dmitri Roqozin bu barədə öz teleqram kanalında məlumat verib.
Qeyd edək ki, yanvarın 11-də Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni hökumətinin tərkibini təsdiqləmişdi. Yeni qərara əsasən, Əsgər Umarov informasiya və sosial inkişaf naziri təyin edilib.
Əsgər Umarov Rusiya əleyhinə çıxışları ilə tanınır və onun Rusiyaya girişi qadağan edilib. Belə ki, nazir 9 May Qələbə Günü ilə bağlı “Bu bayram deyil, başqalarının döyüşündə şəhid olan babalarımızın xatirəsini dualarla yad etmək günüdür”, - deyə çıxış etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...