Nur-Sultandan Bakıya təyyarə reysləri bərpa olunub

Nur-Sultandan Bakıya təyyarə reysləri bərpa olunub
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri bərpa olunub.

“Report” “Zakon”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-dən Nur-Sultandan 32 beynəlxalq aviareysin reallaşması planlaşdırılıb:

Moskva, Yekaterinburq, Novosibirsk (Rusiya), Budapeşt (Macarıstan), İstanbul (Türkiyə), Minsk (Belarus), Varşava (Polşa), Bakı (Azərbaycan), Kiyev (Ukrayna), Daşkənd və Pxuket (Özbəkistan) və Kolombo (Şri Lanka).

Bildirilib ki, yuxarıda qeyd olunan uçuşlar geri də icra olunacaq. Yalnız Frankfurt (Almaniya) uçuşu təxirə salınıb.

Həmçinin Aktau, Şimkent, Türküstan, Atırau, Aktobe, Karaqandı hava limanlarından Antalya, Kolombo, Tbilisi, Kalininqrad, Moskva, Urqenç, Dubay, İstanbul, Nukus, İrəvan, Daşkənd, Kazan, Kutaisi, Amsterdam, Qoaya və geri 31 beynəlxalq reys planlaşdırılıb.

Məlumata görə, Luftansa aviaşirkətinin reysləri istisna olunmaqla Nur-Sultandan bütün beynəlxalq uçuşlar bərpa olunub.

Bundan başqa, baş verən etiraz aksiyaları və iğtişaşlardan sonra yanvarın 13-də Qazaxıstanın Almatı hava limanı ilk beynəlxalq reysi qəbul edib. Belə ki, Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Almatıda yerə enib.

“Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra “Air Astana” aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib”, - komitədən bildirilib.

Məlumata görə, yanvarın 13-də Qazaxıstanın iri şəhərlərindən beynəlxalq uçuşların yerinə yetirlməsi, eləcə də Kolombo (Şri Lanka)-Almatı, Alamatı-Seul (Cənubi Koreya) istiqamətində reyslər reallaşacaq.

Qeyd edək ki, yanvarın 5-də Almatı şəhərində baş verən hadisələrə görə beynəlxalq hava limanı da fəaliyyətini dayandırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...