Qazaxıstandan ABŞ-a maliyyə səddi - Hesablara nəzarət mexanizmi qurulur

Qazaxıstandan ABŞ-a maliyyə səddi -

ABŞ maliyyə qurumlarının nümayəndələri Amerikada hesab açmış qazaxıstanlılar haqqında məlumat verməyə borclu olacaqlar. Bu qərar hüquqi şəxslərə də aid olacaq.

Bizimxeber.az bildirir ki, iki ölkə arasında beynəlxalq vergi intizamının təkmilləşdirilməsi haqqında sazişin ratifikasiyası haqqında qanun artıq Milli Məclisdə təsdiq edilib.

Sənəd kredit, sığorta, broker və digər oxşar şirkətlərin fəaliyyətinə təsir göstərir.

Maliyyə institutu məlumatı açıqlamaqdan imtina edərsə, pozuntunun aradan qaldırılması üçün təşkilata il yarım vaxt veriləcək, ya da onun nümayəndələri cərimə ödəməli olacaqlar.

Təşkilatlar yeni qaydalara əsasən işləməkdən imtina edərsə, məbləğin 30%-i beynəlxalq bank köçürmələrindən tutula bilər.

Etirazlardan sonra hökümət əsasən sosial-iqtisadi vəziyyətin sabitləşməsinə kömək edəcək bir sıra qanun layihələrini də nəzərə alıb. Xüsusilə, mənzil siyasətinin islahatı, fiziki şəxslərin iflası haqqında yeni qanun layihəsi üzərində işləyəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...