Oğurlanmış 2 yaşlı uşağın saxlanıldığı yer tapıldı: Cinayət planlı şəkildə aparılıb - VİDEO

Oğurlanmış 2 yaşlı uşağın saxlanıldığı yer tapıldı:

Sabunçu qəsəbəsindən uşağı oğurlayaraq Kürdəxanı qəsəbəsində kirayədə qaldıqları evdə gizlədiblər.

Xezerxeber.az-ın məlumatına görə, 12 gün əvvəl Bakıda Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyev Şıxəliyevlər ailəsinin 2 yaşında oğlunu oğurlamazdan əvvəl plan qurublar.

Şamil Əliyev əvvəlcə uzaq bir qəsəbənin dalanında yerləşən bir evi kirayələyiblər.

Uşağı oğurlamaqda şübhəli bilinərək saxlanılan şəxslərə mənzili Dadaşbala Abdulmanafov aylığı 150 manata kirayə verib.

Gültəkin Muradovanın və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyevin uşağı hansı məqsədlə oğurlamaları hələ ki, bilinmir. Bu hal istintaqla araşdırılır.

Tükürpədən cinayət elə eyni həyətdə kirayədə qalan digər ailələri və ətrafda yaşayan qonşuları da şoka salıb. Şirinbala Abdulmanafov bu hadisənin təsirindən hələ çıxa bilmədiklərini deyir.

Xatırladaq ki, uşağı oğurlamaqda şübhəli bilinən Şamil Əliyev və uşağın atası Elgün Nəsirov saxlanılaraq istintaqa cəlb ediliblər. Gültəkin Muradova barəsində isə məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Üç aydan sonra, yəni istintaqın yekununda bu cinayətdə təqsirli bilinən şəxslərin işinə baxılması üçün toplanan material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...