Ermənistanla Azərbaycan arasındakı müharibə qısamüddətli olacaq - ABŞ Kəşfiyyat Birliyi

Martın 11-də ABŞ Kəşfiyyat Cəmiyyəti illik hesabatının məxfilikdən çıxarılan versiyasını dərc edib.

Bizim.Media xəbər verir ki, sənəddə qeyd olunur ki, rəsmi Bakının Qarabağı qaytarmasına baxmayaraq, Azərbaycanla Ermənistan arasındakı gərginlik davam edəcək.

Münaqişə yaranarsa belə bunun qısamüddətli olacağı vurğulanır.

Sənədin müəllifləri silahlı toqquşma riskini artıran amilləri açıqlayıb: sülh müqaviləsinin olmaması, silahlı qüvvələrin yaxınlığı və atəşkəsi təmin edən mexanizmin olmaması.

Xatırladaq ki, ABŞ Kəşfiyyat Cəmiyyəti ölkənin 17 əsas kəşfiyyat qurumunun fəaliyyətini əlaqələndirən məsləhətçi orqandır.
Ermənistanla Azərbaycan arasındakı müharibə qısamüddətli olacaq -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...