Azərbaycanın tibbi maskaya olan gündəlik tələbatı açıqlanıb

Azərbaycanın tibbi maskaya olan gündəlik tələbatı açıqlanıb

"Apardığımız araşdırmalara görə, koronavirus pandemiyasının yayılmasından sonra Azərbaycanda gün ərzində 200-250 min tibbi maskaya ehtiyac yaranır".

"Report"un məlumatına görə, bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

"Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlamış tibbi maska istehsalı müəssisəsində tələbata uyğun istehsalat qurulub. Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər. Pandemiya dövründən sonra da müəssisə fəaliyyətini davam etdirəcək", - deyə o, qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...