Bukmeykerlər Azərbaycan Qran-Prisinin qalibini açıqladı

Bukmeykerlər Azərbaycan Qran-Prisinin qalibini açıqladı

Bukmeykerlər aprelin 26-dan 28-nə qədər Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin qalibləri ilə bağlı əmsallarını açıqlayıb. Terrikon.com portalının məlumatına görə, Çində keçirilən Qran-Pridən fərqli olaraq, Bakıdakı yarışın favoriti kimi “Mersedes”in pilotu Luis Hamilton göstərilib. Ona 2,87 əmsal verilib. “Ferrari”nin pilotu Sebastyan Fettel isə 3,25 əmsalla ikinci yerdə qərarlaşıb. Bukmeykerlərə görə, üçüncü və dördüncü yerlərdə 4,33 əmsalla Valtteri Bottas və Şarl Lekler qərarlaşıb. “Red Bull” komandasının üzvü Maks Ferstappen isə liderlərdən çox geridə qalır. Bukmeykerlər onun qələbəsinə 23,00 əmsal veriblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...