“Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək

“Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək

Bakıda keçiriləcək “Formula-1” yarışından öncə sürücülərin paradı keçiriləcək. Virtualaz.org-un məlumatına görə, iştirakçı olan pilotlar yarışın 1-ci günü - aprelin 28-də xüsusi xalça üzərində yürüş edəcəklər. Xalça üzərində 1001 rəqəmi yazılacaq. Bu isə Azərbaycan Qran-Prisinin 1001-ci yarış olması ilə əlaqədardır. Onları 25 rəqqas müşayiət edəcək. Bundan başqa, Azərbaycan Respublikasının himni yenə qeyri-adi şəkildə səsləndiriləcək. Belə ki, himn Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən oxunacaq.

Himn tar, nağara, violançel və timpani alətləri vasitəsilə çalınacaq. Bu arada o da məlum olub ki, “Formula- 1” Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib. Qeydiyyatdan keçən KİV orqanları arasında 6 televiziya, 2 radio, 8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və jurnal da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...