Mətbuat Şurası şikayətçilərə KİV haqqında qanuna əsaslanaraq rədd cavabı verdi

Mətbuat Şurası şikayətçilərə KİV haqqında qanuna əsaslanaraq rədd cavabı verdi


Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan ONA-ya verilən məlumata görə, komissiya ilk olaraq “Karolina Valiant” mağazasının nümayəndəsi Hüseyn-Xəzər Məmmədovun “yenixeber.org” saytına qarşı şikayətini araşdırıb. Müəyyən edilib ki, narazılıq doğuran material hazırlanarkən balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. MŞ adından “yenixeber.org” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunub.

İclasda “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Bakı şəhəri Nərimanov rayonu üzrə 7 №-li filialının İdarə Heyətinin “emtv.az” saytına qarşı şikayəti də araşdırılıb. Sayt rəhbəri şikayətdə qeyd olunan iradları aradan qaldırmağa hazır olduğunu bildirib. Şikayətçi tərəf bununla razılaşıb.
Ağstafa Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məhərrəm Quliyevin “Xalqxeber.az” və “Dia.az” saytlarına qarşı şikayətinin müzakirəsində xəbər saytlarının təmsilçiləri bildiriblər ki, şikayət doğuran məqalə başqa KİV-ə istinadla verilib, məqalədə əks edilənlər təkzib olunmayıb. Komissiya üzvlərinin sözlərinə görə, KİV haqqında qanunda ilk mənbəyə istinad əsas götürülür və istinad edilərsə, hər hansı digər KİV-də yer almış materialı yayımlamaqda məsuliyyət yaranmır. Lakin KİV yayımladığı materialla bağlı araşdırma aparmalı, həqiqəti ortaya çıxarmalı, obyektivliyi təmin etməlidir.

Qeyd edək ki, KİV haqqında qanunun 62-ci maddəsində istinadla yayımlanan məlumatlarla bağlı, məsuliyyətdən azad edilmə məqamları təsbit edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...