"Azercell" Novruzda ödənişsiz göz müayinələrini davam etdirib
Azercell Telekom MMC-nin təşəbbüsü ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” şirkətin dəstəklədiyi önəmli sosial layihələrdən biridir. Klinika fəaliyyəti boyunca Bakı daxil olmaqla, Azərbaycanın əksər rayonlarında yerləşən uşaq və ahıllar evlərinə, məktəblərə səfər edərək, 7500-dən çox şəxsə tibbi yardım göstərib. Təkcə 2018-ci il ərzində “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib.
Gundeminfo.az xəbər verir ki, klinikanın növbəti səfəri bayram günlərində Neftçala “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin “Günərzi Qayğı Mərkəzi”nə təşkil olunub. Səfər çərçivəsində göz ağrılarından şikayətlənən 65 nəfərin müayinəsi aparılıb, ehtiyacı olanlara müalicə təyin olunub, optik eynəklər paylanılıb.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır. Bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. .
630 dəfə oxundu