ABŞ-da məscidə od vuruldu

ABŞ-da məscidə od vuruldu

ABŞ-ın Kaliforniya ştatında məscidə hücum olub. Euronews.com-un məlumatına görə, hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib. Naməlum şəxslər məscidin divarına od vurub. Hadisə yerinə dərhal polis və yanğınsöndürmə briqadaları cəlb edilib. Araşdırmaların aparılması səbəbindən məsciddə sübh namazı təxirə salınıb.
Bundan başqa, polis məscid yaxınlığındakı yolda Yeni Zelandiyadakı iki məscidə hücumla əlaqədar yazı aşkar ediblər.
Xatırladaq ki, Yeni Zelandiyadakı hücumlar zamanı 50 nəfər həyatını itirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...