Qonşudakı anomal şaxtalar Bakıya nə vaxt gəlir? - VİDEO

Qonşudakı anomal şaxtalar Bakıya nə vaxt gəlir? -

Yaxın müddətdə Rusiyada və Türkiyədə qeydə alınan kəskin soyuq və qar bizdə gözlənilmir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qonşu ölkələrdəki kəskin hava şəraitinin Azərbaycanda da müşahidə edilməsi ehtimalı haqda deyib. O bildirib ki, yaxın günlərdə temperatur aşağı düşsə də, paytaxta qar yağmayacaq:

“Sabah bu günlə müqayisədə temperatur hardasa 5 dərəcə aşağı enəcək, 4-6 dərəcə arası dəyişəcək. Yanvarın 9-dan 10-a keçən gecə güclü külək gözlənilir. Dağlıq ərazilərdə qar yağa bilər, lakin yaxın günlərdə biz paytaxtda qarlı proseslər gözləmirik”.

Qeyd edək ki, son günlərdə qonşu Rusiya və Türkiyədə havalar kəskin soyuyub. Xüsusilə Rusiyanın bəzi bölgələrində havanın temperaturu iqlim normasından 18 dərəcəyə qədər aşağı düşüb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
666 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...