Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı - Azərbaycanlı qurucusu oldu

Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı -

Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı qurulub.

BakuPost xəbər verir ki, "Anadolu Mediası Gücbirliyi Platformu” (AGP) və "DİM Media”nın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib. Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub.

Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu ziyarət ediblər. Təşkilat yaxın vaxtlarda Avropada, Amerikada, MDB məkanında da fəaliyyət göstərəcək və böyük işlər ortaya qoyacaq.

Azərbaycandan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında yer alır.

Digər qurucular isə bunlardır: "DİM” və "Sabah” yazarı, duayen jurnalist Yavuz Donat, DHA (Demirören Haber Agentliyi) direktoru Salih Zeki Sarıdanişment, "Sabah”ın Ankara təmsilçisi Osman Altınışık, "Habertürk”ün Ankara təmsilçisi Bülent Aydemir, "Akit” Ankara təmsilçisi Hacı Yakışıklı, TRT Dairə sədri Amber Türkmen, "Milliyet”in idman müdiri Tayfun Bayındır, DHA Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) təmsilçisi Sefa Karahasan, Kayseri Qəzetçilər Cəmiyyəti başqanı Veli Altınkaya, Trakya Qəzetçilər Cəmiyyətinin eks-sədri Lütfü Karakaş, "Anadolu” Agentliyinin veteran bölgə müdiri, Samsun 19 May Qəzetçilər Cəmiyyəti başqanı Yusuf Ziya Çakır, TRT-nin sabiq Nyu York təmsilçisi, Türkiyə Xarici İşlər Nazirliyinin eks-mətbuat məsləhətçisi, İstanbul Texniki Üniversitetinin rektor məsləhətçisi Kahraman Halis Çelik, BR TV İdarə Heyətinin sədri Mehmet Çetinkaya, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini və DHA London təmsilçisi Aynur Tattersall.

Qurucu üzvlərlə söhbət edən nazir M.Çavuşoğlu "Ziyarət etdiyiniz üçün təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram” deyib.

Çavuşoğlu, bu təşkilata dəstək verəcəyinə də söz verib. Təşkilat sədri Mehmet Ali Dim nazirlə görüş barədə deyib: "Ankarada xarici işlər nazirimiz Mövlud Çavuşoğlunu ziyarət edərək, onu beynəlxalq miqyasda yeni təşkilatımız barədə məlumatlandırdıq”.

Qeyd olunub ki, bu günə qədər Türkiyədə qurulan beynəlxalq jurnalist təşkilatlarında İstanbul mediası təmsil olunmurdu. Amma bu təşkilat həm yerli, həm də xarici mətbuatı öz sıralarında birləşdirməklə dünyanın ən böyük jurnalist qurumu olmağı hədəfləyib.

Yeni jurnalist təşkilatına KGK, yayğın media, yerli media və xarici media iclasları da daxil olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...