Şaxta baba və Qar qız olmaq istəyənlər 60 manat ödəməlidir
Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib.
Bu barədə XəzərNews.az-a Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.
Məlumatda bildirilib ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: "Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur".
Qeyd olunub ki, hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb: "Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək. Cütlük 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcək".
Rəsmi məlumata görə, bayram günlərində şəhərdə ümumilikdə 36 yolka qurulacaq:
“Bundan başqa bulvar və İçərişəhərdə də yolka qurulur. Ən böyük yolka isə Azadlıq meydanında qurulur. Rəsmi məlumata görə, yolkalar şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən qurulur”.
831 dəfə oxundu