“DaimOnline” kampaniyası daha iki universitetdə - FOTOLAR

“DaimOnline” kampaniyası daha iki universitetdə -

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan Bakcell şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini gənc istifadəçilərətanıtmaq məqsədilə daha iki universitetin tələbələri üçün maraqlı aksiya təşkil edib.

Belə ki, aksiya çərçivəsində Bakcell şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində xüsusi “DaimOnline” stendi quraraq universitet tələbələrinə “GreenBox”, “İnstaPrint”, “Facebook Frame”və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib. Stenddə təşkil edilmiş maraqlı və şən tədbirlərində iştirak etmiş yüzlərlə tələbə həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, ötən ay bu aksiyaAzərbaycan Tibb Universitetinin tələbələri üçün dəkeçirilmişdir.

Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.

Bakcell şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud “Bakcell”in rəsmi “Instagram” və “Facebook” səhifələrinə daxil olun.


“DaimOnline” kampaniyası daha iki universitetdə -
“DaimOnline” kampaniyası daha iki universitetdə -
“DaimOnline” kampaniyası daha iki universitetdə -
“DaimOnline” kampaniyası daha iki universitetdə -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
692 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...