“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

“Nar” dörd gün davam edən “BakuTel-2018” 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində uğurla iştirak etdi və ən son yeniliklərini nümayiş etdirdi.

Sərgi müddətində mobil operatorun stendi ziyarətçilərin diqqətini cəlb etdi və 4 gün ərzində “Nar” stendini 8 mindən çox insan etdi. Mobil operatorun təqdim etdiyi “Nar TV” və “Nar WiFi” ruteri qonaqların böyük marağına səbəb oldu. Sərgi iştirakçıları mobil operatorun ən son məhsulları ilə bilavasitə tanış olmaqla yanaşı, sınaqdan keçirmək fürsəti də qazandılar. Burada həmçinin maraqlı təqdimatlar keçirildi, müsabiqələr, müxtəlif yarışmalar və oyunlar təşkil edildi. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin “Ən yaxşı korporativ stil” stendi seçilib.

4-7 dekabr 2018-ci il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində “Nar” stendində təşkil edilmiş müsabiqələr maraqla qarşılandı. 4 gün ərzində davam edən əsas müsabiqənin qalibi elan olundu. Qalib Sevda İbrahimovaya müasir “Samsung Galaxy Note 9” telefonu hədiyyə edildi.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...