Yeni xəbər kanalı bu gün daxili test yayımına çıxacaq
“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 bu gün daxili test yayımına çıxacaq”.
Bunu “Report”a açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.
O bildirib ki, xüsusi ekspert qrupu bir həftə ərzində televiziyanı daxili test yayımında izləyəcək, yekun rəydən sonra telekanal fəaliyyətə başlayacaq.
İ.Həsənov qeyd edib ki, ekspert qrupunun tərkibinə yerli və xarici mütəxəssislər daxildir: “Bütün səylərimiz izləyicilərimizə daha dolğun bir məzmunda verlişlər təqdim etməyə hesablanıb. Gələn həftə ərzində tamaşaçılar telekanalı açıq yayımda izləyə biləcəklər”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
688 dəfə oxundu