İstanbulun yeni aeroportundan Bakıya ilk təyyarə uçdu

İstanbulun yeni aeroportundan Bakıya ilk təyyarə uçdu

İstanbulun yeni hava limanından Bakıya ilk reys baş tutub. Trend-in məlumatına görə, Bakıya gələn ilk təyyarə yerli vaxtla saat 09:30-da havaya qalxıb. Bu gündən etibarən həmin aeroportdan Bakıya hər gün bir reys yerinə yetiriləcək.

Qeyd edək, İstanbulun 3-cü hava limanı oktyabrın 29-da açılıb. Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

Xatırladaq ki, İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub. Bundan əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən Trend-ə bildirilmişdi ki, aeroportun tikintisinə 10 milyard türk lirəsi xərclənib. İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...