“Veysəloğlu" şirkəti istehlakçıların hüquqlarını pozdu - MƏHKƏMƏ

“Veysəloğlu" şirkəti istehlakçıların hüquqlarını pozdu -
“Veysəloğlu" MMC barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İddia hakim Nəriman Mehdiyev sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 1-nə təyin edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...