Sumqayıtın “tender kralı” nın səs yazısı yayıldı

Sumqayıtın “tender kralı” nın səs yazısı yayıldı
Bugünlərdə Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmədikləri ilə bağlı məlumat vermişdik.

Bu barədə Azinforum.az-a həmin şəhərdə podratçı kimi iş icra edən sahibkarlar məlumat vermişdi. Onların sözlərinə görə, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları Məmmədxanov Hümbət Əlicavan oğlu adlı şəxs aparır. Hümbət Məmmədxanov isə bizimlə söhbətində deyilənlərin həqiqətə uyğun olmadığını, onun tenderlə deyil, yalnız mebel istehsalı ilə məşğul olduğunu bildirib.

Təmir işləri ilə məşğul olan və gördükləri işin pulunu Hümbət müəllimdən ala bilməyən sahibkarlar yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyi və əlaqədar dövlət qurumlarına şikayətlər ünvanlayıblar. Onlar saytımıza Hümbət Məmmədxanovun tenderdə iştirakını sübut edən möhtəbər dəlillər və sənədlər də təqdim ediblər. Həmin sənədlərə Hümbət Məmmədxanovun özü şəxsən imza atıbsa, onda niyə tenderdə iştirakını inkar edir? Deməli, burada qaranlıq nəsə məqam var. Aldığımız məlumatav görə, Hümbət Məmmədxanov borclu olduğu sahibkarlardan yayınmaq üçün indi də xəstə olduğunu bəhanə edir. Sumqayıtın icra başçısı Zakir Fərəcova yaxınlığı ilə seçilən bu adam görəsən kimə arxalanır ki, media vasitəsilə cəmiyyəti aldatmaqdan belə çəkinmir. Azinforum.az Hümbət Məmmədxanovun danışdığı yalanın səs yazısını təqdim edir:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...