"Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı..." Adil Əliyev

"Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı..."

Milli Məclisin deputatı Adil Əliyev yanan “Diqlas” Ticarət Mərkəzinin bir hissəsinin qardaşı, ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə məxsus olması ilə bağlı məlumatlara münasibət bildirib.
"Report”un xəbərinə görə, A.Əliyev deyib ki, Məhərrəm Əliyevin heç bir ticarət obyektinə birbaşa və dolayısı ilə bağlılığı yoxdur.
O qeyd edib ki, dayısı oğulu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır: “Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub, ticarət mərkəzi tamamilə yararsız hala düşüb. Bəzi mətbuat orqanlarında həmin ticarət mərkəzinin bir hissəsinin Məhərrəm Əliyevin qohumlarına məxsus olması ilə bağlı məlumatlar yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...