Azərbaycan əhalisi sürətlə qocalır – İllər üzrə statistika

Azərbaycan əhalisi sürətlə qocalır –
Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 180,8 min nəfər olub və ötən ilin əvvəli ilə müqayisədə 53,7 min nəfər və ya 0,5% artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə 15 yaşına kimi uşaqların sayı azalıb, 64 yaşından yuxarı yaşlı insanların sayı isə artıb.
Müqayisə üçün bildirək ki, ötən ilin əvvəlində Azərbaycanda 15 yaşına kimi 2 milyon 216,9 min uşaq olub. Lakin, bu ilin əvvəlində onların sayı 55,9 min və ya 2,5% azalaraq 2 milyon 161 min nəfərə düşüb.
64 yaşından yuxarı yaşlı insanların sayı isə ötən ilin əvvəlində 859,4 min nəfər olub. Lakin, bu ilin əvvəlində onların sayı 70,9 min və ya 8,2% artaraq 930,3 min nəfərə yüksəlib.
Məlumat üçün bildirək ki, 13 il əvvəl – 2012-ci ilin əvvəlində Azərbaycanda yaşı 64-dən yuxarı olan şəxslərin sayı ümumi əhalinin 5,7%-nə (531,3 min nəfər) bərabər olduğu halda, bu ilin əvvəlində 9,1%-nə (930,3 min nəfər) bərabər olub.
Son 13 ildə əhali sayının yaş qrupları üzrə nisbəti aşağıdakı kimi dəyişib:


Azərbaycan əhalisi sürətlə qocalır –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...